Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Təyyarə Şimali Koreyanın paytaxtında rəsmi mərasimlə qarşılandı. Təbiət Ehtiyatları naziri Aleksandr Kozlovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə və ekipaja gül təqdim olundu.

Nordwind şirkətinə məxsus 440 yerlik Boeing 777-200ER təyyarəsi yerli saatla 09:30-da Pxenyan Hava Limanına eniş etdi.

Təyyarə bazar günü saat 19:30-da Moskvadakı Şeremetyevo hava limanından havaya qalxıb və uçuş təxminən səkkiz saat davam edib. Uçuş zamanı bütün elanlar rus və koreya dillərində edilib.

Geri uçuşun 29 iyul saat 09:00-da (Moskva vaxtı ilə 03:00) baş tutması planlaşdırılır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp