Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bu araşdırmalara əsaslanan Ozempic və Wegovy kimi dərmanlar artıq piylənmə və diabetdən əziyyət çəkən insanlara yeni ümid verib. Digər bir çox kəşflərdə olduğu kimi, GLP-1 məsələsində də mükafata kimin layiq olduğunu seçmək çətin ola bilər.

Broström, danimarkalı həkim Jens Juul Holst və Harvard Tibb Elmləri professoru Joel Habenerlə yanaşı, kanadalı endokrinoloq Daniel Drucker və kimyaçı Svetlana Drucker-dən də bəhs edir.

Mütəxəssislər bildirirlər ki, bu yarışa daha çox namizəd qoşula bilər. Ötən il mükafatı amerikalı alimlər Viktor Ambros və Qari Ruvkun bölüşdülər. Onlar mikroRNA-ları kəşf etmişdilər ki, bu da alimlərə bədəndə genlərin necə işlədiyini anlamağa kömək etdi.

Sabah, çərşənbə axşamı Fizika üzrə Nobel Mükafatının, çərşənbə günü Kimya üzrə və cümə axşamı Ədəbiyyat üzrə mükafatların qalibləri açıqlanacaq.

Həftənin ən mühüm hadisəsi isə cümə günü Norveç Nobel Komitəsinin bu ilki Sülh Mükafatının qalibini elan etməsi olacaq.

Nobel Mükafatları adını dinamiti ixtira edən isveçli mühəndis və kimyaçı Alfred Nobeldən alır və ilk dəfə 124 il əvvəl təqdim edilib. Nobelin məqsədi insanlığa xeyir verənləri mükafatlandırmaq idi.

Tibb üzrə Nobel Mükafatı ilk dəfə 1901-ci ildə alman həkim və mikrobioloq Emil Adolf fon Behrinqə difteriya başda olmaqla peyvəndlər üzərində apardığı tədqiqatlara görə təqdim edilmişdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp