Papua Yeni Qvineyada zəlzələ olub
Port Morsbi, 7 oktyabr (Hibya) – Papua Yeni Qvineyada 6,7 maqnitudalı zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:05-də, yerin 100 kilometr dərinliyində baş verib.
Zəlzələnin gücü 6,7 olaraq ölçülüb.
Azərbaycan İnformasiya Agentliyi