Polşa Prezidenti Duda Trampla telefon danışığı aparıb
Varşava, 6 iyun (Hibya) – Polşa Prezidenti Andjey Duda ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Prezident Duda ABŞ Prezidenti Trampla telefonla danışdığını açıqlayıb.
Duda bildirib ki, əsas müzakirə mövzusu Vilnüsdə keçirilmiş B9 sammiti və yaxın vaxtda Haaqa şəhərində baş tutacaq NATO sammiti kontekstində Polşa və regionun təhlükəsizliyi, eləcə də üzv dövlətlər tərəfindən müdafiə xərclərinin artırılması olub.
“Prezident Trampa bildirdim ki, Karol Navrotskinin Polşadakı seçkilərdə qələbəsi dövlət siyasətinin əsas istiqamətlərində davamlılığı təmin edir – xüsusilə Polşa ilə ABŞ arasında əla transatlantik münasibətlərin və Prezident Trampla həm institusional, həm də şəxsi səviyyədə sıx əməkdaşlığın davam etdirilməsi baxımından.”
Azərbaycan İnformasiya Agentliyi