Prezident Ərdoğan iranlı həmkarı ilə telefonla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pəzəşkian ilə telefon danışığı aparıb.
Telefon danışığında İsrail ilə İran arasında münaqişə, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan İsrailin İrana qarşı qeyri-qanuni hücumlarını sərt şəkildə pislədiyini bildirərək, İran xalqına insan tələfatı ilə bağlı başsağlığı verib.
O, İsrailin hücumlarının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu, bütün bölgəni alova çəkməyə çalışdığını və Netanyahu-nun bu hücumlarla nüvə danışıqlarını sabotaj etməyə çalışdığını bildirib.
Ərdoğan həmçinin bildirib ki, İsrail bu hücumlarla dünyanın diqqətini Qəzzada baş verən soyqırımdan yayındırmağa çalışır.
O əlavə edib ki, Türkiyə Natanzdakı müəssisədə mümkün nüvə sızması ilə bağlı inkişafları yaxından izləyir və nüvə probleminin yeganə həlli yolunun diplomatik proseslər olduğunu vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi