Prezident Ərdoğan NATO Baş katibi Rutte ilə telefonla danışıb
Prezident Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.
Prezident Ərdoğan, NATO Baş katibi Mark Rutte-nin xahişi ilə onunla telefon danışığı aparıb.
Görüşdə Ukrayna ilə Rusiya arasındakı müharibəyə dair son inkişaflar, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan qeyd edib ki, Ukrayna ilə Rusiya arasında daimi atəşkəsin təmin edilməsi məqsədilə başlanılan İstanbul danışıqlarında irəliləyiş əldə olunub və bu prosesin humanitar məsələlərdə də müsbət inkişaflara imkan verməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı NATO Baş katibi Rutte, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska Sammiti ərəfəsində Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələrini bölüşüb.
Prezident Ərdoğan da Türkiyənin Alyaskada keçiriləcək görüşü yaxından izlədiyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi