Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emomali Rahmonu doğum günü münasibətilə təbrik edib.

Putin məktubunda Rahmonun ölkəsinin inkişafına və beynəlxalq nüfuzunun artmasına verdiyi töhfələri yüksək qiymətləndirərək deyib: “Ölkəniz sosial və iqtisadi sahələrdə təsirli irəliləyişlər əldə edir. Rusiya–Tacikistan strateji tərəfdaşlığının və ittifaqının möhkəmlənməsində sizin şəxsi rolunuz çox böyükdür.”

Putin həmçinin bildirib ki, yaxın günlərdə Düşənbədə keçiriləcək görüş iki ölkə arasında münasibətlərin və Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp