Putinə Kursk və Bryansk bölgələrindəki fövqəladə vəziyyət barədə məlumat verilib
Moskva, 1 İyun (Hibya) – Rusiya Prezidenti Vladimir Putin Kursk və Bryansk bölgələrində baş vermiş fövqəladə vəziyyətlə bağlı məlumatlandırılıb.
Gecə boyunca Prezident Putin FSB və Fövqəladə Hallar Nazirliyindən Kursk və Bryansk bölgələrində qatarlarla bağlı baş verən hadisələr barədə hesabatlar alıb.
Putin, həmçinin Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz və “Rusiya Dəmir Yolları”nın baş direktoru Oleq Belozerov ilə telefonla danışaraq görülən tədbirlər barədə məlumat alıb.
Səhiyyə naziri Mixail Muraşko, Bryansk bölgəsində dəmir yolu üzərində yaralananlara yardım göstərilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə Putinə məlumat verib.
Azərbaycan İnformasiya Agentliyi