Qazada atəşkəs bir daha bir gün uzadıldı
Qatar, Fələstin və İsrail arasında humanitar atəşkəsin bir daha bir gün uzadılması barədə razılıq əldə edildiyini elan etdi.
Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Dr. Məcəd bin Məhəmməd Əl-Ənsari, Fələstin və İsrailin, hazırki şəraitdə Qazanın humanitar atəşkəsini bir daha bir gün uzatmağı razılaşdığını açıqlayıb.
Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü, Qazada daimi bir atəşkəsə nail olmaq üçün səylərin davam etdiyini təsdiqlədi.
Azərbaycan İnformasiya Agentliyi