Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qebreyesus bildirib ki, Qəzzadakı aclığa cavab olaraq, ÜST bu gün Ən-Nəsr Xəstəxanasında xəstəxanaya yerləşdirilən körpələri və xəstələri dəstəkləmək üçün 4 900 ədəd uşaq və yüksək zülallı qida qarışığı və 2 000 qida komponenti paylayıb.

O qeyd edib ki, bu ərzaqlar, tibbi səbəblərə görə ana südü ilə qidalanmayan vaxtından əvvəl doğulan və xəstəxanaya yerləşdirilən körpələr, həmçinin xüsusi qidalanma dəstəyinə ehtiyacı olan xəstələr üçün həyati əhəmiyyət daşıyır. “Biz Qəzzada ərzaq və dərmanlara çıxışın genişləndirilməsi, davamlı və təhlükəsiz olması üçün çağırışımızı davam etdiririk,” – deyə Qebreyesus bildirib.

O həmçinin vurğulayıb ki, ən yaxşı dərman sülhdür.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp