Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bildirilib ki, Qətər Dövləti işğal altındakı Şərqi Qüdsdə yerləşən UNRWA qərargahına edilən bu basqını kəskin şəkildə pisləyir və bunu beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması, eləcə də beynəlxalq ictimaiyyətin iradəsinə açıq meydan oxuma kimi qiymətləndirir.

Qeyd olunub ki, İsrailin UNRWA-nı sistemli şəkildə hədəf alması sonda agentliyi dağıtmağa və Qəzza, Qərb Sahili, İordaniya, Suriya və Livanda milyonlarla fələstinlini əsas xidmətlərdən məhrum etməyə yönəlib.

“Nazirlik beynəlxalq ictimaiyyətin bu plana qəti şəkildə qarşı durmasının və onun dağıdıcı humanitar nəticələrinin qarşısını almasının vacibliyini vurğulayır. Qətər 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaratmaq hüququ da daxil olmaqla, qardaş fələstin xalqının legitim hüquqlarını dəstəkləməkdə qərarlı mövqeyini əsas tutaraq UNRWA-ya tam dəstəyini bir daha ifadə edir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp