Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xarici işlər nazirləri HƏMAS-ın Trampın Qəzzəyə qarşı müharibəni dayandırmaq, bütün girovları – istər sağ, istərsə də ölü – azad etmək və icra mexanizmləri üzrə danışıqlara dərhal başlamaq təklifinə dair addımlarını müsbət qarşıladılar.

Onlar Prezident Trampın İsrailə dərhal bombardmanları dayandırmaq, mübadilə sazişinin icrasına başlamaq və bölgədə sülhün təmin edilməsi istiqamətindəki qətiyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu inkişaflar Qəzza Zolağında insanların üzləşdiyi kritik humanitar şəraitin həlli və hərtərəfli, davamlı atəşkəsin əldə olunması üçün real bir imkan yaradır.

Nazirlər təklifin icra mexanizmləri üzərində razılığa gəlmək və bütün aspektlərini müzakirə etmək üçün danışıqlara dərhal başlanmasının vacibliyini vurğuladılar.

Həmçinin, onlar təklifin icrasına dəstək verilməsinə, Qəzzəyə qarşı müharibənin dərhal dayandırılmasına, humanitar yardımların məhdudiyyətsiz çatdırılmasına, fələstinli xalqın köçürülməməsinə, mülki vətəndaşların təhlükəsizliyinə təhdid yaradan heç bir addımın atılmamasına, girovların azad edilməsinə, Fələstin Administrasiyasının Qəzzəyə qayıtmasına, Qəzzə və İordan çayının qərb sahilinin birləşdirilməsinə, bütün tərəflərin təhlükəsizliyini təmin edən təhlükəsizlik mexanizminin yaradılmasına, İsrailin tam çıxışına və Qəzzənin yenidən qurulmasına və iki dövlətli həll əsasında ədalətli sülhə aparan hərtərəfli razılaşmaya nail olunmasına dair ortaq öhdəliklərini bir daha təsdiqlədilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp