Quterreş Rusiyanın Ukraynaya hücumlarını pislədi
Nyu-York, 15 noyabr (Hibya) – BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə etdiyi hücumlara reaksiyasını bildirib.
BMT Baş katibi Quterreş bildirib ki, Rusiyanın Ukraynanın müxtəlif bölgələrinə qarşı həyata keçirdiyi genişmiqyaslı raket və PUA hücumlarını ən sərt şəkildə pisləyir.
O vurğulayıb ki, mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır.
Quterreş əlavə edib: “Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam təmin edən ədalətli, hərtərəfli və davamlı sülhə aparan ilk addım kimi dərhal və şərtsiz atəşkəs çağırışımı bir daha təkrarlayıram.”
Azərbaycan İnformasiya Agentliyi