Quterreş: Soyqırım son dərəcə dəhşətli bir cinayətdir
Nyu-York, 9 dekabr (Hibya) – BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, bütün dövlətlərin soyqırımın qarşısını almaq və onu cəzalandırmaq kimi ciddi bir məsuliyyəti var.
BMT Baş katibi Quterreş qeyd edib ki, soyqırım son dərəcə dəhşətli bir cinayətdir.
O vurğulayıb ki, bütün dövlətlər soyqırımın qarşısını almaq və cəzalandırmaq məsuliyyəti daşıyır: “Lakin qarşısının alınması səyləri ümumi bir öhdəlikdir. Soyqırıma qarşı birgə dayanmaqla həm qurbanları anır, həm də bütün insanların təhlükəsizlik, ləyaqət və sülh içində yaşamaq hüququnu müdafiə edirik.”
Azərbaycan İnformasiya Agentliyi