Quterreş: Süni intellekt ölkələr arasındakı uçurumu bağlamalıdır
Nyu-York, 11 fevral (Hibya) – Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bildirib ki, süni intellekt inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı uçurumu bağlamalıdır.
Quterreş qeyd edib ki, süni intellektin getdikcə artan imkanları geosiyasi uçurumların dərinləşməsi riskini yaradır.
O, süni intellekti olanlar və olmayanlar arasında bölünmüş bir dünyanın qarşısını almağın vacibliyini vurğulayaraq deyib: "Süni intellekt inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı uçurumu bağlamalı, genişləndirməməlidir."
Azərbaycan İnformasiya Agentliyi