Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rubio müsahibədə deyib: "İnsanlardan soruşdum ki, Avropanın müharibəni bitirmək planı nədir? Bir xarici işlər naziri mənə nə dediyini söyləyə bilərəm – adını çəkməyəcəyəm, amma dediyini deyə bilərəm: 'Müharibə bir il daha davam edəcək və Rusiya o qədər zəifləyəcək ki, sülh istəyəcək'."

Rubio əlavə edib ki, münaqişənin bir il daha davam etməsi daha çox dağıntıya və insan itkilərinə səbəb olacaq və ABŞ bu planı real hesab etmir.

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski cümə günü Vaşinqtonda görüşüblər, lakin görüş sonda mübahisəyə çevrilib.

Fox News-a görə, mübahisədən sonra ABŞ lideri Zelenskini Ağ Evdən qovub və nadir torpaq metallarına dair müqavilə ləğv edilib.

Görüşdən sonra Tramp bildirib ki, Zelenski sülhə hazır deyil və ABŞ-a hörmətsizlik göstərib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp