Rusiya Əfqanıstana 20 ton humanitar yardım göndərib
Kabil, 5 sentyabr (Hibya) – Zəlzələdən zərər çəkmiş Əfqanıstan əhalisi üçün 20 ton ərzaq məhsulu daşıyan Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 tipli təyyarə Kabilə çatıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Əfqanıstanda baş verən zəlzələdən zərər çəkmiş bölgələrə humanitar yardım göndərilib.
Nazirliyə məxsus İl-76 tipli yük təyyarəsinin 20 ton ərzaq məhsulu ilə Kabildə endiyi bildirilib.
Rusiyanın Fövqəladə Hallar Komitəsinin bəyanatında göndərilən humanitar yardımın zəlzələdən zərər çəkənlərə çatdırılması üçün aidiyyəti qurumlara təhvil veriləcəyi qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi