Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rəsmilər hücum nəticəsində bir nəfərin həlak olduğunu, ən azı 24 nəfərin isə yaralandığını bildiriblər.

Ukraynanın yerli mediasına görə, təxminən saat 00:45-də Kiyevdə bir neçə partlayış qeydə alınıb. Saat 01:00–01:30 aralığında daha iki partlayış dalğası yaşanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko hücumlar zamanı “ruslar yaşayış binalarını vurur” iddiasını səsləndirib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, xilasetmə qrupları hədəfə alınmış binalardan 40-dan çox şəxsi təxliyə edib.

Digər tərəfdən, Rusiya mediası rus qüvvələrinin mülki obyektləri vurmadığını, şəxsi heyət, texnika və muzdlu döyüşçülərin yerləşdiyi məntəqələrlə yanaşı Ukraynanın enerji obyektlərini, müdafiə sənayesi müəssisələrini, hərbi komanda və idarəetmə mərkəzlərini və rabitə infrastrukturunu hədəfə almağa davam etdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp