Rusiya Prezidenti Putin Moskva meri Sobyaninlə görüş keçirdi
Moskva, 5 may (Hibya) – Rusiya Prezidenti Vladimir Putin Moskva şəhərinin meri Sergey Sobyaninlə işgüzar görüş keçirib.
Rusiya Prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninlə işgüzar görüş keçirib.
Görüşdə paytaxtın iqtisadi, sənaye, tikinti və infrastruktur obyektlərinin modernləşdirilməsi məsələləri müzakirə olunub.
Sobyanin görüşdə bildirib: “Bu il də aktiv proqramımızı davam etdiririk. Əvvəlki illərdə əsasən mühəndis infrastrukturu ilə məşğul idik, indi isə ictimai məkanların, parkların, yolların, küçələrin və s. yaxşılaşdırılması istiqamətində irəliləyirik. Artıq bu, təkcə texniki infrastruktur deyil, yaşayış və ictimai məkanlar üçün infrastruktur deməkdir.”
Azərbaycan İnformasiya Agentliyi