Rusiya: Ukraynada atəşkəs bu mərhələdə real deyil
Nyu-York, 18 aprel (Hibya) – Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasındakı qapalı məsləhətləşmələrdən sonra jurnalistlərə bildirib ki, Ukraynada atəşkəs hələlik real deyil.
Nebenzya bildirib: “Enerji infrastrukturu ilə bağlı məhdud atəşkəs təşəbbüsümüz oldu, lakin Ukrayna tərəfi buna əməl etmədi. Bu şəraitdə atəşkəsdən danışmaq bu mərhələdə real deyil.”
Rusiya və Ukrayna arasında mümkün razılaşmaların BMT Təhlükəsizlik Şurasında rəsmiləşdirilməsi məsələsinə toxunan Nebenzya, hər şeyin mümkün atəşkəsin şərtlərindən və sənəddəki ifadələrdən asılı olacağını qeyd edib.
O, Qərb ölkələrinin Kiyevə enerji infrastrukturuna hücumlarla bağlı moratoriuma əməl etməsi üçün təzyiq göstərməyə hazır olduqlarını ifadə etmədiklərini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi