Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüş ABŞ prezidenti Donald Trampın Moskvaya sülh üçün 50 günlük vaxt verməsindən sonra baş tutdu.

Çərşənbə günü keçirilən görüşdən sonra Kiyev nümayəndə heyətinə rəhbərlik edən Ukrayna keçmiş Müdafiə naziri Rustem Umerov avqustun sonuna qədər Ukrayna prezidenti Volodimir Zelenski ilə Putin arasında bir zirvə təklif etdiyini və “ABŞ prezidenti Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı çox dəyərli olacaq” deyib.

Hər iki tərəf mümkün atəşkəs şərtləri ilə bağlı razılaşmaya gəlməyib. Umerov Ukraynanın “effektiv diplomatiya üçün zəruri əsas kimi tam və şərtsiz atəşkəs” istədiyini bildirərkən, Rusiya səhiyyə qruplarının cəbhədən ölən və yaralanan əsgərləri götürməsi üçün 24-48 saat arası qısa atəşkəs çağırışları edib.

İki tərəf əsir dəyişməsi məsələsində ortaq məxrəcə gəliblər. Medinski görüşdən sonra keçirdiyi mətbuat konfransında Ukrayna-Belarus sərhədində təxminən 250 Rusiya və 250 Ukrayna müharibə əsirinin dəyişdirildiyini bildirib.

Medinski həmçinin tərəflərin “yaxın gələcəkdə hər iki tərəfdən ən azı 1 200 müharibə əsirinin daha dəyişdirilməsi” barədə razılaşdığını söyləyib.

May və iyun aylarında İstanbulda keçirilən əvvəlki iki görüşdə minlərlə müharibə əsiri və şəhid əsgər qalıqlarının dəyişdirilməsi asanlaşdırılmış, lakin sülhə doğru az irəliləyiş əldə olunmuşdu.

Çərşənbə günü Telegramda paylaşdığı mesajda Zelenski “son İstanbul razılaşmalarının bütün mərhələləri” çərçivəsində 1 000-dən çox ukraynalının geri qaytarıldığını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp