Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Nazirliyin açıqlamasında bildirilib ki, Rusiya gecə boyunca Ukraynaya ballistik raketlər və PUA-larla hücum edib, hücumlar nəticəsində mülki şəxslər həlak olub və ölkənin infrastrukturu hədəf alınıb.

Kiyev vilayətinin Buça rayonunda bir yaşayış binasına PUA-nın düşdüyü, o cümlədən iki uşaq olmaqla dörd nəfərin yaralandığı, iki nəfərin isə həyatını itirdiyi qeyd olunub.

Açıqlamada Dnepropetrovsk vilayətində bir nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilib və əlavə edilib: “Krivıy Rihin bəzi əraziləri istilik təchizatından məhrum qalıb. Zaporojyedə dörd nəfər yaralanıb. Yaşayış evləri və onlarla avtomobil zərər görüb. Odessa vilayətində Rusiya PUA-ları limanı və mülki infrastrukturu vurub. Üç nəfər yaralanıb. Kiyevdə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. Ölənlər barədə məlumat verilməyib.”

Bildirilib ki, bu hücumlar Rusiyanın bir gün əvvəl Xarkiv vilayətində sərnişin qatarına qarşı həyata keçirdiyi və azı beş mülki şəxsin həlak olduğu PUA hücumundan sonra baş verib.

“Qatarda təxminən 300 nəfər var idi. Ukrayna həyatları qorumaq və yeni hücumların qarşısını almaq üçün daha güclü hava hücumundan müdafiəyə, fasiləsiz hərbi dəstəyə və Rusiyaya qarşı real beynəlxalq təzyiqə ehtiyac duyur.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp