Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün gecə boyunca Kryvyi Rih-də rus raket hücumunun baş verdiyi ərazidə xilasetmə əməliyyatı davam edib.

Zelenski qeyd edib ki, ballistik raket otelə düşüb: “Hücumdan bir qədər əvvəl, humanitar yardım təşkilatının könüllüləri – Ukrayna, ABŞ və Böyük Britaniya vətəndaşları – otelə daxil olmuşdular. Onlar vaxtında otaqlarını tərk etdikləri üçün sağ qaldılar.”

Ən azı 2 nəfərin həlak olduğu və 28 nəfərin yaralandığı hücumla bağlı Zelenski əlavə edib: “Otelin ətrafındakı bir çox mülki bina da ziyan görüb. Xilasetmə qrupları hələ də hadisə yerindədir və bütün təcili xidmətlər fəaliyyətini davam etdirir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp