Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNICEF-in icraçı direktoru Ketrin Russell, Qəzzada aclıqdan əziyyət çəkən uşaqların dəhşətli görüntülərinin təcili tədbirlər görməyi zəruri etdiyini bildirib.

Russell bildirib ki, UNICEF hal-hazırda Qəzzaya üç yük maşını körpə qidası göndərir: “Lakin bu, aclıq təhlükəsi ilə üzləşən minlərlə uşaq üçün son dərəcə kifayət etmir. Qidalanma çatışmazlığının yaratdığı ömürlük zehni və fiziki zərərlərin qarşısını almaq və həyatları xilas etmək üçün hər dəqiqə çox önəmlidir. Biz təcili və maneəsiz humanitar yardım girişinə, uşaqların qorunmasına, bütün girovların azad edilməsinə və atəşkəsə çağırışımızı davam etdiririk.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp