Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın Xarici İşlər Naziri Saidov, Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili ilə səmərəli və dostluq şəraitində görüş keçirdiyini bildirib.

O, Özbəkistan-Gürcüstan əlaqələrinin gücləndirilməsini müzakirə etdiklərini və istisnasız bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirdiklərini qeyd edib.

Saidov vurğulayıb ki, Özbəkistan, Gürcüstan ilə münasibətlərinə böyük dəyər verir və onların hər iki xalqın rifahı üçün genişləndirilməsini dəstəkləyir. O əlavə edib: “Biz daimi dialoq və birgə təşəbbüslər üzərində işləməyə davam edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp