Sandu: Ukraynanın təcili olaraq daha çox hava hücumundan müdafiəyə ehtiyacı var
Kişineu, 12 iyul (Hibya) – Moldova Prezidenti Maya Sandu, Rusiyanın mülki şəxslərin öldürüldüyü Lvov, Lutsk və Çernovtsi şəhərlərini bombaladığını bildirib.
Prezident Sandu Rusiyanın Lvov, Lutsk və Çernovtsi şəhərlərini bombalamasını və orada mülki vətəndaşların həlak olmasını “gündəlik terror” adlandırdı.
O, Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə təcili ehtiyacı olduğunu vurğulayaraq dedi: “Daha çox dəstəyə ehtiyacı var. Hər bir gecikmə insan itkisi ilə nəticələnir.”
Azərbaycan İnformasiya Agentliyi