Sasa ilə Vitol SA arasında Anlaşma Memorandumu
Sasa Polyester Sanayi A.Ş. ilə Vitol SA arasında neftayırma və neft-kimya layihəsi çərçivəsində anlaşma memorandumu imzalanıb.
İctimai Aydınlatma Platformasına (KAP) verilən açıqlamada bildirilib: “Sasa Neftayırma və Neft-Kimya Layihəsi çərçivəsində potensial kommersiya əməkdaşlığı imkanlarını qiymətləndirmək məqsədilə şirkətimiz ilə Vitol SA arasında anlaşma memorandumu imzalanmışdır. Sözügedən razılaşma, planlaşdırılan neftayırma və neft-kimya zavodlarının layihələndirilməsi, inkişaf etdirilməsi və istismara verilməsi, həmçinin xammal tədarükü və məhsul alışı üzrə əməkdaşlıqların qiymətləndirilməsini əhatə edir. Vitol Qrupu (Vitol SA) 1966-cı ildə Rotterdamda yaradılmış Niderland enerji və əmtəə ticarəti şirkətidir. Vitol 2017-ci ilin iyun ayında Petrol Ofisini OMV AG-dən satın alıb.”
Azərbaycan İnformasiya Agentliyi