Sıbıha: Aİ-nin həmrəyliyi və qətiyyətli dəstəyi üçün minnətdarıq
Kiyev, 1 may (Hibya) – Ukraynanın xarici işlər naziri Andriy Sıbıha Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüş keçirib.
Sıbıha və Kallas Ukrayna-Aİ gündəmini və mühüm beynəlxalq tədbirlər öncəsi atılacaq addımları müzakirə ediblər.
Sıbıha ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılmasına dair sazişin imzalanması ilə bağlı Kallası məlumatlandıraraq deyib:
"Bu, Ukrayna-ABŞ strateji tərəfdaşlığında Ukraynanın iqtisadiyyatını və təhlükəsizliyini gücləndirməyə yönəlmiş mühüm dönüş nöqtəsidir. Son diplomatik səyləri və ədalətli, davamlı sülhə çatmaq üçün atılacaq növbəti addımları müzakirə etdik. Aİ-nin həmrəyliyi və qətiyyətli dəstəyi üçün minnətdarıq."
Azərbaycan İnformasiya Agentliyi