Sıbıha: Bu gecə Ukraynada amansız Rusiya hücumu baş verdi
Kiyev, 21 iyul (Hibya) – Ukraynanın xarici işlər naziri Andrii Sıbıha Ukraynaya qarşı Rusiya hücumu ilə bağlı açıqlama verib.
O bildirib ki, yüzlərlə pilotsuz uçuş aparatı və ballistik raket Kiyev, İvano-Frankivsk və digər şəhər və qəsəbələrin üzərinə yağıb.
"Bu terrora son qoya bilərik" deyən Sıbıha sözlərinə belə davam edib:
"Bunun üçün Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli imkanlar lazımdır, həmçinin Moskva üzərində təzyiqlər artırılmalıdır – məsələn, Rusiyanı neft gəlirlərindən məhrum etmək. Gəlin birlikdə güc yolu ilə sülhə aparan hər imkandan yararlanaq."
Azərbaycan İnformasiya Agentliyi