Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

“Bütün ölkə boyunca ballistik və qanadlı raketlərlə, kaset bombaları və yüzlərlə pilotsuz uçuş aparatı ilə mülki insanlara qarşı hücumlar edilir,” – deyə Sıbıha vurğulayıb.

O qeyd edib ki, Rusiya guya sülh danışıqlarına hazırlaşdığını iddia etsə də, əslində hücum edir, qorxu yayır və dağıntı törədir. O belə deyib:

“Görüşlərdən danışarkən, Rusiya indiyədək nə bizə, nə Türkiyəyə, nə ABŞ-a, nə də başqasına heç bir ‘memorandum’ göndərməyib. Onların nədən danışmaq istədiyini heç kim bilmir. Bunun əvəzinə Rusiya Ukraynaya qarşı yeni ölümcül hücumlar həyata keçirir.”

Sıbıha əlavə edib: “Hamı eşitməli və görməlidir ki, Rusiya açıq şəkildə sülhü, atəşkəsi və dünyanın hər yerindən gələn konstruktiv təklifləri rədd edir. Rusiya yalnız daha yüksək təzyiq hiss etdikdə sülhə ciddi yanaşacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp