Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

XİN rəhbəri Sibiha xatırladıb ki, Ukrayna prezidenti Zelenski Ukraynanın Polşaya gələcəkdə Rusiya raketləri və pilotsuz uçuş aparatlarından irəli gələ biləcək təhdidlərin azaldılması üçün zəruri dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Hava hədəflərinə dair məlumatların artıq paylaşıldığını, lakin əməkdaşlıq daha da artırılarsa, Polşanın erkən xəbərdarlıq sistemini gücləndirə və təhlükəsizliyini artıra biləcəklərini bildirən Sibiha deyib: “Ukrayna etibarlı təhlükəsizlik təmin etmək və Rusiya təhdidlərinə effektiv şəkildə müqavimət göstərmək üçün öz biliklərini, təcrübəsini, texnologiyasını və digər yardım növlərini təqdim etməyə hazırdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp