Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kosmos 482 1972-ci ildə Veneraya çatmaq cəhdi kimi buraxılıb. Lakin raket nasazlığı səbəbindən Yerin orbitində qalıb və 50 ildən artıqdır ki, burada fırlanır.

Mütəxəssislər təxmin edirlər ki, təxminən 500 kiloqram ağırlığında olan kapsul 7-13 may tarixləri arasında yenidən atmosferə daxil olacaq. Haraya düşəcəyi və istiliyə nə qədər davam gətirəcəyi isə hələ məlum deyil.

Amateur peyk müşahidəçisi və SatTrackCam bloqunun müəllifi Marko Lanqbruk deyir: “2025-ci ilin may ayının ikinci həftəsində qeyri-adi bir obyekt yenidən atmosferə daxil olacaq. Bu obyekt 1972-ci ildə uğursuzluqla nəticələnmiş Sovet Venera missiyasının Kosmos 482 eniş aparatıdır.”

Yenidən girişin dəqiq vaxtını və yerini proqnozlaşdırmaq hazırda mümkün deyil. Lanqbruk və həmkarı Dominik Dirkx-in modelləşdirməsinə görə, obyekt 52 şimal və 52 cənub enlikləri arasında daxil olacaq. Bu isə Şimali İngiltərədən Argentinanın sahillərindəki Folklend adalarının cənubuna qədər geniş ərazini əhatə edir. Günəş aktivliyinə əsasən təxmini tarix 10 maydır.

EarthSky-dan Eddie Irizarry bildirir ki, Günəş aktivliyi artdıqda, Yer atmosferinin yuxarı təbəqələri qızır və genişlənir. Bu isə aşağı orbitdəki obyektlər üzərində hava müqavimətini artırır, onları yavaşladır və yerə düşməsini sürətləndirir. Qeyd etməyə ehtiyac yoxdur ki, bu, idarəsiz bir giriş olacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp