Starmer: Britaniyanın müdafiəsini gücləndirəcəyik
London, 1 iyun (Hibya) - Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, daha təhlükəli bir dünyada və yaşayış xərclərinin artdığı dövrdə ölkəsinin müdafiəsini gücləndirəcəklər.
Starmer bildirib ki, milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik bir-biri ilə sıx bağlıdır.
"Yeni silah zavodları tikəcəyik. Bu yolla ixtisaslı iş yerləri yaradacaq və ölkə boyu çalışan insanlara dəstək verəcəyik", - deyə o bildirib.
O qeyd edib ki, milli təhlükəsizlik dəyişiklik planlarının mərkəzindədir:
"Soyuq müharibədən bəri müdafiə xərclərində ən böyük və davamlı artımı həyata keçirəcəyik. Hərbi ailələr üçün daha yaxşı mənzillərə sərmayə qoyacağıq. Yeni silah zavodlarında daha çox ixtisaslı iş yerləri yaradacağıq. Və bu, yalnız başlanğıcdır."
Azərbaycan İnformasiya Agentliyi