Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Böyük Britaniyanın Baş naziri Keyr Starmer, 7 oktyabr 2023-cü il hücumlarının ikinci ildönümündə bildirib ki, bu hadisə Holokostdan sonra yəhudi xalqına qarşı törədilmiş ən böyük qəddarlıq aktıdır.

“Zaman keçsə də, həmin günün pisliyi azalmayıb. Öz evlərində işgəncə ilə, soyuqqanlılıqla öldürülən yəhudilər, girov götürülən günahsız insanlar… Bunları unuda bilmərik”, – deyə Starmer bildirib.

O, Qəzzada saxlanılan britaniyalı girovların ailələri ilə görüşdüyünü xatırladaraq deyib: “Onlara şəxsən söz verdim ki, yaxınlarını evlərinə qaytarmaq üçün səylərimizi heç vaxt dayandırmayacağıq.”

Starmer bildirib ki, Böyük Britaniyanın Yaxın Şərqdəki prioritetləri dəyişməyib:

“Girovlar azad edilməli, Qəzzaya humanitar yardım axını artırılmalı və davamlı sülh üçün zəmin yaradacaq atəşkəs əldə edilməlidir.”

Baş nazir həmçinin ABŞ-ın sülh təşəbbüsünü alqışlayaraq əlavə edib: “Təhlükəsiz İsrail və yaşayış qabiliyyətli Fələstin dövləti yanaşı, sülh içində mövcud olmalıdır. Hər bir israilli uşağın fələstinli qonşuları ilə sülh içində yaşayacağı günü gətirmək üçün bütün gücümüzlə çalışacağıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp