Suriyanın paytaxtı Dəməşqdə partlayış
Dəməşq, 14 noyabr (Hibya) – Suriyanın paytaxtı Dəməşqin Mezze rayonunda partlayışlar baş verdiyi bildirilib.
Yerlı KİV-lərin məlumatına görə, Dəməşqin Mezze rayonunda bir neçə partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu qeyd olunub.
Yaralıların sayı və vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur.
Məlumata görə, Suriya dövlət xəbər agentliyi SANA “Dəməşqin Mezze rayonunda partlayış baş verdiyini” təsdiqləyib və hakimiyyət orqanlarının hadisənin mahiyyətini müəyyən etmək üçün işlərini davam etdirdiyi bildirilib.
Azərbaycan İnformasiya Agentliyi