Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sybiha Rusiyanın Ukrayna şəhərlərinə son hücumlarını “müharibənin ən təhlükəli gərginləşməsi” kimi qiymətləndirib.

Onun sözlərinə görə, gecə ərzində 800-dən çox raket və PUA atılıb, mülki şəxslər öldürülüb və yaralanıb, Kiyev, Odessa, Kremençuk, Xerson, Zaporojye və digər şəhərlərdə mülki infrastruktur ziyan görüb.

Xarici işlər naziri vurğulayıb ki, genişmiqyaslı işğalın başlanmasından bəri ilk dəfə olaraq Rusiya Kiyevdə hökumət binasına zərər vurub.

Bu vəziyyəti “ciddi bir gərginləşmə” adlandıran Sybiha deyib: “Ən böyük ikiüzlülük odur ki, bu hücumlar Prezident Trampın sülh səylərinin gücləndiyi bir dövrdə baş verir.”

O bildirib ki, Moskva diplomatiya əvəzinə terroru seçir və müttəfiqləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə, həmçinin Ukraynanın hava hücumundan müdafiəsini dərhal gücləndirməyə çağırıb.

“Rusiya hərb maşını neft və qaz gəlirləri ilə ayaqda qalır. Bu mənbələrin kəsilməsi terrorun güclənməsini dayandırmağın yeganə yoludur. Gözləmək çıxış yolu deyil, indi hərəkət etmək lazımdır,” – deyə Sybiha bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp