Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tacani Rusiyanın Ukraynaya son hücumu ilə bağlı açıqlama verib.

O bildirib ki, Kiyevdə və bütün Ukraynada daha bir gecə terror yaşanıb; pilotsuz uçuş aparatları və raketlər mülki şəxsləri hədəfə alıb. “Həlak olanlar və yaralananlar arasında uşaqlar da var: Ukrayna xalqı cinayət xarakterli hücumların hədəfindədir”, – deyə o vurğulayıb.

Tacani qeyd edib ki, Rusiya bombardmanları dayandırmalı və mülki şəxsləri hədəfə almaq heç bir halda qəbul edilə bilməz. “İtaliya humanitar və enerji yardımı ilə Ukrayna xalqının yanında olmağa və ədalətli sülhü dəstəkləməyə davam edir”, – deyə o əlavə edib.

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının sədr müavini Kaya Kallas da Rusiyanın hücumlarına münasibət bildirərək deyib:

“Rusiyanın gecə boyunca Kiyevə hücumları onun müharibəni davam etdirməkdə qərarlı olduğunu açıq şəkildə göstərir. Bu gün Berlində Ukraynaya dəstəyimizi necə artırmağımız və eyni zamanda Avropanın müdafiəsini necə gücləndirə biləcəyimiz barədə müzakirə apardıq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp