Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Truth Social platformasında paylaşım edərək yazdı: “İran, onlara imzalamalarını dediyim ‘müqaviləni’ imzalamalı idi. Təəssüf, nə qədər böyük insan itkisi oldu. Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz. Bunu dəfələrlə demişəm! Hamı dərhal Tehrandan təxliyə edilməlidir!”

Trampın bu açıqlamasından bir neçə saat əvvəl İsrail qüvvələri Tehranın böyük hissəsindəki insanlara təxliyə əmri vermiş və bölgədəki “hərbi infrastrukturun” bombalanacağı barədə xəbərdarlıq etmişdi. Bu xəbərdarlıq son 20 ay ərzində Qəzzadakı fələstinlilərə ünvanlanan sosial media paylaşımlarına çox bənzəyirdi.

Bu paylaşım X platformasında İsrail Müdafiə Qüvvələrinin ərəbdilli sözçüsü Polkovnik Aviçay Adrainin hesabından edilmişdi.

Tehranın təxminən 9 milyon əhalisinin olduğu bilinir.

Digər tərəfdən, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, bu gecə Dövlət katibi Marko Rubio Prezident Donald Trampla birlikdə Vaşinqtona qayıdıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp