Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tramp, Truth Social sosial media platformasında paylaşım edərək bunun HƏMAS-a son xəbərdarlığı olduğunu bildirib.

Bu paylaşım, Ağ Evin mətbuat katibinin ABŞ səfirinin girovların azad edilməsi və Qəzza zolağındakı münaqişənin mümkün həlli ilə bağlı HƏMAS-la danışıqlar apardığını təsdiqləməsindən bir neçə saat sonra yayımlanıb.

İsrail hökuməti, HƏMAS-ın hələ də 59 girovu saxladığını və onlardan 24-nün hələ sağ olduğuna inanıldığını elan edib.

Prezident yazıb: "Bir seçiminiz var. Bütün girovları dərhal azad edin və öldürdüklərinizin cəsədlərini geri verin, yoxsa bu sizin üçün SON deməkdir".

"İsrailə işi bitirmələri üçün lazım olan hər şeyi göndərəcəyəm. Mənim dediklərimi yerinə yetirməyənə qədər bir dənə də olsun HƏMAS üzvü təhlükəsiz olmayacaq".

O, həmçinin Qəzza sakinlərinə müraciət edərək, onları parlaq günlərin gözlədiyini, lakin girovları azad etməsələr bunun baş verməyəcəyini bildirib.

"Əgər bunu etməsəniz, öləcəksiniz! Düzgün qərar verin. Girovları indi azad edin, yoxsa sonra ağır bədəl ödəyəcəksiniz!"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp