Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tsahkna bildirib ki, sabah HƏMAS-ın İsrailə hücumundan iki il ötəcəyi üçün, Estoniyanın İsraillə həmrəyliyini və beynəlxalq hüquqa uyğun olaraq xalqını terrora qarşı müdafiə etmək hüququnu bir daha təsdiqləmək məqsədilə israilli həmkarı ilə əlaqə saxlayıb.

O qeyd edib ki, danışıqlarda ikitərəfli münasibətlər, Qəzzadakı vəziyyət və girovların azad edilməsinə dair səylər müzakirə olunub. “Estoniya, HƏMAS-ın bütün israilli girovları azad etməyə və danışıqlara başlamağa razı olduğu barədə xəbərləri məmnuniyyətlə qarşıladı; bu, potensial olaraq mühüm addımdır,” – deyə Tsahkna bildirib.

Tsahkna əlavə edib ki, Estoniya Qəzzadakı humanitar fəlakətə çıxış yolu tapmaq məqsədilə göstərilən bütün səyləri güclü şəkildə dəstəkləyir və bu səylərin Yaxın Şərqə qalıcı sülh gətirəcəyinə ümid etdiklərini bildirib. “Estoniya iki dövlətli həll yolunun İsrailin təhlükəsizliyini və Fələstinin sabit gələcəyini təmin etməyin açarı olduğuna inanmağa davam edir,” – deyə vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp