Türkiyə ilə Suriya arasında texnologiya əməkdaşlığı
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, Suriya iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal Əş-Şaar və onu müşayiət edən heyətlə Nazirlikdə görüş keçirdi.
Nazir Kacır, Suriya iqtisadiyyat və sənaye naziri cənab Məhəmməd Nidal Əş-Şaar və nümayəndə heyətini Sənaye və Texnologiya Nazirliyində qəbul edib.
Nazir Kacır görüləcək işlərin ətraflı şəkildə dəyərləndirildiyini bildirib və əlavə edib: “Hörmətli nazir və nümayəndə heyətini ASO 1-ci Sənaye Zonası rəhbərliyində də qonaq etdik. Hidromek istehsalat müəssisələrini birlikdə ziyarət etdik.”
Görüş çərçivəsində iki ölkə arasında “Sənaye və İstehsal Sektorlarının Modernizasiyasına dair Əməkdaşlıq Protokolu” imzalanıb.