Tusk: Əməksevər polyaklar sayəsində biz irəliləyişlə dolu bir il yaşayırıq
Varşava, 1 may (Hibya) – Polşanın Baş naziri Donald Tusk 1 May Əmək Günü münasibətilə bütün polyakları təbrik edib.
Baş nazir Tusk bütün zəhmətkeş polyaklara təşəkkürünü bildirib.
1 Mayın əməkçilərin bayramı olduğunu vurğulayan Tusk deyib: “Sizin sayənizdə böyük bir dönüş nöqtəsi yaşayırıq. Son məlumatlara görə, Amerika resessiya təhlükəsi ilə üzləşir, Almaniya və Fransa sıfıra yaxın nəticələr göstərir, biz isə rekord səviyyədə artıma doğru gedirik!”
Azərbaycan İnformasiya Agentliyi