Ukrayna: ABŞ-a, Avropaya və digər tərəfdaşlarımıza güvənirik
Kiyev, 17 Aprel (Hibya) – Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanı ədalətli sülhə məcbur etmək üçün ABŞ-a, Avropaya və digər tərəfdaşlarına güvənir.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, Rusiya 16-17 aprel gecəsi Dnepr şəhərinə dron hücumu təşkil edib.
Hücum nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib, aralarında 5 uşaq olan azı 30 nəfər yaralanıb. Yaralananlar arasında 9 aylıq qız körpə də var. PUA-lar çoxlu yanğına səbəb olub, tələbə yataqxanaları, bir təhsil müəssisəsi, mədəniyyət mərkəzi və bir qida istehsalı müəssisəsi daxil olmaqla azı 15 binaya ziyan dəyib.
Açıqlamada Rusiyanın mülki vətəndaşları və mülki infrastrukturu hədəf almağa davam etməsinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb:
“Bu cavabsız qalmamalıdır. Rusiyanı ədalətli sülhə məcbur etmək üçün ABŞ-a, Avropaya və digər tərəfdaşlarımıza güvənirik. Bu müharibə cinayətlərinə son qoyulmalı, təcavüzkar məsuliyyətə cəlb olunmalıdır.”
Azərbaycan İnformasiya Agentliyi