Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın Müdafiə naziri Rustem Umerov, Xarici İşlər nazirinin birinci müavini Serhiy Kıslıtsya, Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Oleksandr Poklad və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin birinci sədr müavini Oleh Luhovskidən ibarət heyət mətbuat konfransı keçirib.

Ukrayna heyətinin bəyanatı aşağıdakı kimidir:

"Biz bu görüşə Ukrayna Prezidenti Volodimir Zelenskinin tapşırığı ilə gəldik. Burada konstruktiv danışıqlar aparmağımız istənilib. Öz mövqelərimizi Rusiya heyəti ilə paylaşdıq. Təkliflərimizə cavabları olub-olmadığını soruşduq, yazılı şəkildə təqdim etdik, lakin hələlik Rusiya Federasiyasından cavab almadıq.

Onların təkliflərini görüşdən əvvəl görə bilmədik. Onlar bu təklifləri görüş zamanı təqdim etdilər və bizdən onları qiymətləndirməyimizi istədilər.

Həmçinin Rusiya tərəfi qeyd-şərtsiz atəşkəsə qarşı çıxır. ABŞ Prezidentinin bir müddət əvvəl irəli sürdüyü qeyd-şərtsiz atəşkəs təklifi hələ də qəbul edilməyib. Buna baxmayaraq, ekspertlərin bu çərçivədə ideyaları müzakirə etməli olduğu və bura atəşkəsin də daxil ediləcəyi, sənədlərin paylaşılacağı qeyd edildi.

Rusiya heyəti əvvəlki görüşdə ABŞ heyətinin iştirakı imkanını rədd etmişdi. Bu, təəssüf doğurur, çünki ABŞ-ın çox mühüm rolu var.

Gündəliyimizdəki digər məsələ liderlər arasında görüş idi. Biz inanırıq ki, əsas məsələlər yalnız liderlər səviyyəsində həll oluna bilər. Liderlər görüşü ABŞ Prezidenti və digər liderlərin iştirakı ilə keçirilə bilər. Bu çərçivədə heyətlər arasında əlavə işlərin liderlər görüşünə hazırlıq kimi mənalı olacağını düşünürük.

Rusiya tərəfinə bu ayın sonuna qədər yeni görüş keçirməyi təklif etdik. Bu danışıqların davamı üçün çox vacibdir. Biz Rusiya Federasiyasına uzun müddətdir deyirik ki, bu müharibə bitməlidir və bütün dünya bizi dəstəkləyir.

Biz bu müharibənin sona çatdırılması üçün real işin görülməsinin vacib olduğuna inanırıq və bununla bağlı çağırış edirik.

İlk addım çox aydındır: atəşkəs, humanitar addımların atılması və liderlər zirvəsinə hazırlıq. Əgər Rusiya Federasiyası müharibəyə son verməkdə ciddidirsə, bu məsələlərdə irəliləməlidir, əks halda beynəlxalq sanksiyalar tətbiq olunmalıdır.

Əvvəlki dəfə əsir mübadiləsi ilə bağlı bəzi məsələləri dəqiqləşdirmişdik. Hazırda yeni bir irəliləyiş əldə olunub. Bu irəliləyiş “hamı-hamıya qarşı” formulu ilə olub. Bu gün azad olunacaq şəxslərlə bağlı iki kateqoriya müəyyən etdik: 25 yaşdan aşağı hərbi əsirlər dəyişdiriləcək.

Qarşıda şəxsiyyəti təsdiqləmə tələb edən çətin bir iş var. Səylərimizi davam etdiririk.

İstanbulda keçirilən iki görüş Rusiya tərəfinin şərtləri dəyişdirməsinə və ya sənədləri təqdim etməməsinə baxmayaraq baş tutdu.

Biz görüş başlayana qədər heç bir sənəd ala bilmədik, buna görə də rəy bildirmək mümkün olmadı və onları araşdırmalıyıq.

Ukrayna konstruktiv qalaraq burada iştirakını davam etdirir."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp