Ukraynanın vurduğu sursat zavodunda ölənlərin sayı 10-a çatdı
Moskva, 23 oktyabr (Hibya) – Dünən Ukraynanın zərbəsinə məruz qalan Çelyabinsk şəhərinin kənarındakı “Plastmass” hərbi müəssisəsi yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı on nəfərə çatıb. Müəssisənin 76 mm-dən 152 mm-ə qədər kalibrli artilleriya sistemləri, tanklar və dəniz topları üçün sursat istehsal etdiyi bildirilir.
Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler Telegram-da yazıb: “Beş nəfər xəstəxanaya yerləşdirilib. Vəziyyətləri sabitdir, lakin ağırdır. İki xəstə yanıq mərkəzinə, iki nəfər isə 1 saylı Regional Klinik Xəstəxanaya göndərilib. Bir xəstə köçürülənə qədər Kopeysk Şəhər Xəstəxanasında qalacaq.”
Rusiyayönlü Telegram kanalları, o cümlədən Shot, Çelyabinsk bölgəsinin pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qaldığını və partlayışlar zamanı Rusiya hava hücumundan müdafiə sisteminin sıradan çıxdığını iddia edib.
Ukrayna sərhədindən təxminən 1800 kilometr məsafədə yerləşən bu müəssisə Rusiyanın ən mühüm artilleriya sursatı istehsalçılarından biri hesab olunur.
Ukraynaya məxsus pilotsuz uçuş aparatları bundan əvvəl Rusiyanın dərinliklərindəki iki mühüm sənaye obyektinə — Mordoviyadakı müdafiə ilə əlaqəli mexaniki zavoda və Dağıstandakı böyük neft kompleksinə hücum etmişdi.
Azərbaycan İnformasiya Agentliyi