Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNRWA-nın bəyanatında qeyd olunur ki, 21-27 may tarixləri arasında İsrail qüvvələri Qəzzada 114 UNRWA obyektinin yerləşdiyi əraziləri əhatə edən üç köçürülmə əmri verib və bəzi obyektlər bir neçə dəfə zərər çəkib.

26 may tarixində Knesset üzvünün rəhbərlik etdiyi və İsrail mediasının müşayiət etdiyi bir qrup israilli Şərqi Qüdsdə yerləşən Şeyx Cərah UNRWA kompleksinə icazəsiz daxil olub, hadisə yerinə gələn İsrail polisi isə ərazini qoruya bilməyib.

Bəyanatda vurğulanır ki, Qəzzada təxminən 12 min fələstinli UNRWA işçisi ehtiyacı olan əhaliyə yardım etməyə davam edir və Şərqi Qüds də daxil olmaqla işğal altındakı İordan çayının qərb sahilində 4 mindən çox UNRWA-nın yerli fələstinli işçisi fələstinli qaçqınlara təhsil, səhiyyə və digər xidmətlər göstərməkdə davam edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp