Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Gebreyesus sosial media hesabında qeyd edib ki, ÜST-ün tibbi təxliyə proqramı çərçivəsində son iki il ərzində təxminən 8 min xəstə, o cümlədən 5 min 500 uşaq, müalicə üçün Qəzza xaricinə göndərilib.

Ölkələrin həmrəyliyinə görə təşəkkürünü bildirən Gebreyesus qeyd edib ki, atəşkəsin davam etməsi ilə ÜST tibbi təxliyələrin sayını artırmaq üçün səylərini genişləndirir.

O əlavə edib ki, Qəzzada səhiyyə infrastrukturunun ciddi zərər görməsi nəticəsində 16 min 500 nəfər, o cümlədən təxminən 4 min uşaq, hələ də təxliyəni gözləyir.

ÜST baş direktoru ölkələri daha çox xəstəni qəbul etməyə çağırıb və xüsusilə İordan çayının qərb sahili və Şərqi Qüdsə aparan bütün təxliyə yollarının açılmasının vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp