Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST baş direktoru Qebreyesus bildirib ki, bu həftənin əvvəlində ÜST və tərəfdaşları hemodializ şöbəsində təcili yardım və davamlı xidmətlərin bərpası istiqamətində əldə olunan irəliləyişi qiymətləndirmək üçün Qəzza zolağının şimalındakı Şifa Xəstəxanasına daxil ola biliblər.

Qebreyesus qeyd edib ki, xəstəxananın köhnə ambulator şöbəsinin bərpası və əsas cərrahiyyə və təcili yardımın bərpası istiqamətində işlər davam edir:

“Xəstəxanada i xtisaslı kadrlar, tibbi ləvazimatlar və avadanlıqlar çatışmır. ÜST və tərəfdaşları beynəlxalq tibb qruplarını göndərmək və tibbi və cərrahiyyə ləvazimatlarını səfərbər etmək üçün işləyirlər və son bir neçə ay ərzində xəstəxanaya hemodializ aparatları və əsas materiallar təhvil veriblər.”

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp