Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST, ölkələri tütün, alkoqol və şəkərli içkilərə istehlak vergisi tətbiq etməyə təşviq edən və bu məhsulların real qiymətlərini 2035-ci ilə qədər ən azı 50% artırmağı hədəfləyən yeni proqram başladıb.

Vergilərin artırılmasında məqsəd xroniki xəstəliklərin yayılmasını azaltmaq və bununla bağlı artan xərcləri ödəmək üçün vacib dövlət gəlirləri əldə etməkdir.

Dünyanın səhiyyə sistemləri qeyri-yoluxucu xəstəliklərin yayılması, inkişaf yardımı fondlarının azalması və dövlət borcunun artması kimi təzyiqlərlə üzləşir.

Plan, tütün, alkoqol və şəkərli içkilərin istehlakının ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi dünyada ölümlərin 75%-dən çoxuna səbəb olan xroniki xəstəliklərin yayılmasına səbəb olduğunu vurğulayır. Yeni hesabat göstərir ki, bu məhsulların qiymətlərinin müvəqqəti olaraq 50% artırılması qarşıdakı 50 ildə 50 milyon erkən ölümün qarşısını ala bilər.

ÜST-nin Sağlamlığın Təşviqi və Profilaktika üzrə Baş direktor müavini Dr. Ceremi Farrar deyib: “Sağlamlıq vergiləri ictimai sağlamlığın yaxşılaşdırılması üçün sahib olduğumuz ən güclü vasitələrdəndir. Zərərli məhsulların istifadəsini azaldır və hökumətlərə səhiyyə, təhsil və sosial müdafiə sahələrinə xərcləmək üçün gəlir verir. İndi hərəkət etməyin vaxtıdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp