Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bildirilir ki, WFP və UNICEF ötən gecə Şimali Darfurda Al Koma yaxınlığında birgə yardım karvanına edilən hücumu qınayıblar.

"Karvanda olan 5 nəfər həlak olub, bir neçəsi isə yaralanıb. Bir neçə yük maşını yanıb və həyati əhəmiyyətli humanitar yardım ləvazimatları zərər görüb. 15 yük maşınından ibarət karvan El-Faşerdə aclıqdan əziyyət çəkən uşaqlara və ailələrə qida və qidalanma məhsulları çatdırmağa çalışırdı", - deyə açıqlamada bildirilib.

Açıqlamada bu hücumların beynəlxalq humanitar hüququn pozulması olduğu vurğulanıb: "Təcili araşdırma aparılmasını və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edirik. Həlak olanların ailələrinə başsağlığı verir, yaralılara səmimi dəstəyimizi bildiririk. Yardımın ehtiyacı olan uşaqlara və ailələrə çatmaması faciəvidir".

UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib: "Sudanda WFP/UNICEF yardım karvanına edilən dəhşətli hücum zamanı El-Faşerdə aclıqla üzləşən uşaqlara və ailələrə yardım göstərməyə çalışan missiyanın 5 üzvü öldürüldü. Qəlbimiz onların yaxınları ilədir. Humanitar işçilər heç vaxt hədəf olmamalıdır".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp